ABŞ-da həbsdə saxlanılan alim İrana təhvil veriləcəkbackend

ABŞ-da həbsdə saxlanılan alim İrana təhvil veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaşinqtonla Tehran arasında əldə edilən razılaşmaya əsasən, iranlı fizik Sirus Əsgəri tezliklə evinə qayıdacaq”.

NOCOMMENT.az APA-nın Tehran bürosuna istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi deyib.

“Hər hansı problem yaranmazsa, Sirus Əsgəri yaxın günlərdə ölkəmizə qayıdacaq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Sirus Əsgəri Ağ Evin İrana qarşı tətbiq etdiyi sanksiyaları pozduğu üçün 2017-ci ildə ABŞ-da saxlanılıb. O, Ohayo ştatının universitetindən məxfi məlumatlar oğurlamaqda və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozmaqda ittiham olunurdu.