ABŞ-da hərbi sənədləri sızdıran “Milli Qvardiya kəşfiyyatçısı”dırbackend

ABŞ-da hərbi sənədləri sızdıran “Milli Qvardiya kəşfiyyatçısı”dır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ordusunun hərbi məlumatlarını internetdə açıqlayan şəxsin Massaçusets Hava Milli Qvardiyasının kəşfiyyat qanadının üzvü Cek Teyşeyra olduğu açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, “New York Times”ın araşdırmasına görə, onlayn qrupun lideri olduğu bəlli olan 21 yaşlı Teyşeyra bu qrupda ABŞ ordusu ilə bağlı məlumat paylaşıb.

İnternetə sızan sənədlərdə Rusiya ilə müharibə vəziyyətində olan Ukraynanın müdafiəsində potensial təhlükəsizlik zəiflikləri və bu ölkədə aktiv olduğu iddia edilən Böyük Britaniya xüsusi təyinatlılarının sayı barədə məlumatların olduğu bildirilib.

NOCOMMENT.AZ