ABŞ-da ictimai parkda şənlikdə atışma olub, 2 nəfər ölüb, 14 nəfər yaralanıbbackend

ABŞ-da ictimai parkda şənlikdə atışma olub, 2 nəfər ölüb, 14 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şənbə günü axşam yerli vaxtla ABŞ-ın Tennessi ştatının Memfis şəhərində şəhər parkında icazəsiz ictimai şənlik zamanı atışma olub. Nəticədə iki nəfər ölüb, 14 nəfər yaralanıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Polis rəisi Carolyn Davis hadisə yerində keçirdiyi mətbuat konfransında deyib ki, polis yerli vaxtla saat 19:19-da atışma barədə xəbərə cavab verib. Davis bildirib ki, iki nəfər hadisə yerində ölüb, yaralılardan bir nəfərin vəziyyəti ağırdır.

Atışma Orange Mound Parkda olub. Davisin dediyinə görə, 200-300 nəfərin iştirak etdiyi şənliyə rəsmi icazə olmayəb.

Hadisə ilə bağlı həbslər barədə hələlik məlumat yoxdur.