ABŞ-da koronavirus qurbanlarının sayı 640 minə yaxınlaşırbackend

ABŞ-da koronavirus qurbanlarının sayı 640 minə yaxınlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da yeni növ koronavirus səbəbindən ölənlərin sayı son 24 saatda 1 325 artaraq 638 min 865-ə yüksəlib.

NOCOMMENT.az xəbər verir ki, Con Hopkins Universitetinin tərtib etdiyi məlumatlara görə, yoluxanların sayı 39 milyon 61 mini keçib.

Kaliforniya 4 milyon 346 mindən çox yoluxma ilə ölkədə birinci yerdədir. Ölənlərin sayına görə də Kaliforniya 65 814 ölüm sayı ilə ilk yeri tutur.

ABŞ-da 204 milyon 742 min insan birinci, 173 milyon 832 min insan ikinci doza peyvənd olunub. /Report