Pensilvaniya ştatının Allegheny qraflığında Plum şəhərindəki evdə partlayış baş verib.
NOCOMMENT.az xəbər verir ki, partlayışda 5 nəfər həyatını itirib, 3 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürən göndərilərkən, partlayışın təsiri ilə ətrafdakı ən azı 2 ev yanğına məruz qalıb.
Rəsmilər partlayışın təsirindən 3 evin dağıldığını, ən azı 12 evin də zərər gördüyünü bildirib.
Partlayışın səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırma başladılıb.