Donald Trampın dövründə ABŞ-ın vitse-prezidenti olmuş Mayk Pens 2024-cü ildə keçiriləcək prezident seçkilərində rəsmən namizəddir.
NOCOMMENT.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp və hazırkı prezident Co Baydendən sonra Tramp dövründə vitse-prezident olmuş Mayk Pens də prezidentlik yarışına qatılıb.
Pensin bu gün Federal Seçki Komissiyasına rəsmi müraciət etdiyi bildirilib.
NOCOMMENT.AZ