ABŞ-da qadın küçənin ortasında uşaq dünyaya gətirdibackend

ABŞ-da qadın küçənin ortasında uşaq dünyaya gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Kaliforniya ştatında narkotik istifadə edən hamilə qadın küçənin ortasında uşaq dünyaya gətirib.

NOCOMMENT.az xəbər verir ki, narkomanların və evsizlərin yaşadığı Tenderloin səmtindəki Union Meydanında uşaq dünyaya gətirən qadın ətrafdakıların xəbərdarlığı ilə xəstəxanaya aparılıb.

Doğum anını lentə alan vətəndaşın paylaşdığı videoda hamilə qadının yeni doğulan körpəsini qucaqlamağa, yanına gələn iki nəfərin isə qadına kömək etməyə çalışdığı görünür.

Qadının və körpəsinin vəziyyətinin stabil olduğu bildirilib.

NOCOMMENT.AZ