ABŞ-da silahlı hücum: 3 ölü, 8 yaralıbackend

ABŞ-da silahlı hücum: 3 ölü, 8 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Texas ştatında festival iştirakçılarını hədəf alan silahlı hücum baş verib.

NOCOMMENT.az xəbər verir ki, Yerli televiziyaya danışan polis rəsmilərinin verdiyi məlumata görə, atışma dünən axşam Texas ştatının Fort-Uort şəhərinin cənub-qərbindəki Komo məhəlləsində baş verib.

Adıçəkilən məhəllədə hər il keçirilən ComoFest festivalının iştirakçılarını hədəf alan silahlı hücumda 3 nəfər həyatını itirib, 8 nəfər yaralanıb.

Hücumda neçə nəfərin əli olduğu bilinməsə də, hələlik saxlanılan yoxdur.

NOCOMMENT.AZ