ABŞ-ın Kaliforniya ştatında bara silahlı hücum olub.
NOCOMMENT.az xəbər verir ki, “CBS Los Angeles” telekanalının verdiyi məlumata görə, Kaliforniyanın Orinc dairəsindəki barda azı 10 nəfər güllələnib.
Xəbərdə bildirilir ki, cinayət yerindəki videoda azı iki cəsəd görünüb.
CBS-in hesabatında deyilir ki, hücum Trabuko Kanyonundakı bayker barında baş verib və hazırda böyük hüquq-mühafizə orqanının da iştirak etdiyi bildirilir.
KCAL News-a mənbələrdən daxil olan məlumata görə, hücum edənin təhlükəsizlik qrupları tərəfindən vurulduğu, lakin şəxsin vəziyyətinin bilinmədiyi bildirilib.
İlkin məlumata görə, 5 nəfər ölüb.