ABŞ-da siyasi zorakılığa yer yoxdur – Co Baydenbackend

ABŞ-da siyasi zorakılığa yer yoxdur – Co Bayden

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Donald Trampa sui-qəsd cəhdindən sonra xalqa xüsusi müraciət edib və deyib ki, “siyasi ehtirasların səngiməsinin vaxtı çatıb”.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ-da zorakılığa yer yoxdur. Bunun normaya çevrilməsinə icazə verilə bilməz.

Bayden qeyd edib ki, noyabrda ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca, “siyasi ehtiraslar” getdikcə qızışır.

“Onların soyumasının vaxtıdır”, – deyə o vurğulayıb.

Bayden etiraf etdi ki, onunla Tramp arasında fikir ayrılıqları var və “bu seçkidə iştirak payı son dərəcə yüksəkdir”, lakin demokratiya kimi siyasi sistemdə bu qaçılmazdır.

O əlavə edib ki, siyasi qarşıdurma “sözün hərfi mənasında döyüş meydanına” çevrilməməlidir.