ABŞ-da təyyarə ilə avtomobil toqquşdu – Xəsarət alanlar varbackend

ABŞ-da təyyarə ilə avtomobil toqquşduXəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatında təyyarə uçuş-enmə zolağından çıxaraq avtomobillə toqquşub. Bu barədə “Kiro7” telekanalı fövqəladə hallar xidmətinə və yerli KİV-ə istinadən məlumat yayıb.

Tək mühərrikli Lancair IV-P Midlanddan havaya qalxaraq Dallasın şimal ətraflarında yerləşən McKinney hava limanında təcili eniş etməyə cəhd edib. Eniş zamanı pilot təyyarəni saxlaya bilməyib, nəticədə uçuş-enmə zolağının sonundakı hasardan aşaraq yoldan keçən avtomobilə çırpılıb.

Hadisə nəticəsində 3 nəfər yaralanıb (ikisi təyyarədə, biri avtomobildə olub). Bir nəfər isə yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib. ABŞ Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası insidentin səbəblərini araşdırır.