ABŞ-ın Nevada ştatında keçirilən hava şousunda iki təyyarə toqquşaraq qəza törədib.
NOCOMMENT.az xəbər verir ki, Hava Yarışı Dərnəyindən bu barədə açıqlama verilib.
Açıqlamada toqquşma nəticəsində hər 2 təyyarənin pilotlarının həyatını itirdiyi, hadisə nəticəsində başqa xəsarət alan olmadığı qeyd edilib.
Səlahiyyətlilər qəzanın səbəbini müəyyən etmək üçün araşdırmalara başlayıb.