ABŞ-da tornado fəlakəti: 3 ölübackend

ABŞ-da tornado fəlakəti: 3 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın 3 ştatını təsir edən çoxlu sayda tornado 3 nəfərin ölümünə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, pis hava şəraitinin ölkənin şərqinə doğru irəliləməsi ilə 50 milyon insanın fırtınadan təsirlənəcəyi açıqlanıb.

Məlumata görə ölkədə ən azı 15 tornado baş verib.

Milli Meteoroloji Xidmət Oklahomada 8, Ayovada isə 3 təsdiqlənmiş tornado baş verdiyini açıqlayıb. Təbii fəlakətlə əlaqədar çoxlu insan evlərini tərk edərək sığınacaqlara axışıb.

Əhaliyə güclü yağış, güclü külək və tornado ehtimalı barədə xəbərdarlıq edilib.

NOCOMMENT.AZ