Ukrayna Rusiya ilə hərbi münaqişədə qalib gəlmək istəmir.
NOCOMMENT.az xəbər verir ki, bu fikri köşə yazarı Cozef Kulve Amerikanın “The American Thinker” nəşri üçün yazdığı məqalədə qeyd edib.
ABŞ-dan olan jurnalist qeyd edib ki, Rusiya ilə qarşıdurma Ukrayna elitasına sərf edir. “Rusiya ilə əsgərlərin və sənayenin səfərbər edilməsi ilə real müharibə Ukrayna elitasına baha başa gələcək. Onlar ABŞ və Avropadan oğurlana biləcək daha az pul alacaqlar”, – o, Ukraynanın planını açıqlayıb.
Kulve həmçinin əlavə edib ki, Rusiya ilə real müharibə Kiyevi Ukrayna xalqına daha çox azadlıq verməyə məcbur edəcək.
Bundan əvvəl polşalı müşahidəçi Arkadiuş Miksa Ukraynaya yardıma görə Polşanın bəndlər tikməyə kifayət qədər pulunun olmadığını bildirmişdi. O, istehza ilə bildirib ki, Polşanı su basanda ölkəyə minnətdar olan ukraynalıların köməyinə ümid edir.