ABŞ-da yeganə qaradərili respublikaçı senator prezidentliyə namizəd olacaqbackend

ABŞ-da yeganə qaradərili respublikaçı senator prezidentliyə namizəd olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda ABŞ Senatında yeganə qaradərili respublikaçı konqresmen olan Cənubi Karolina senatoru Tim Skott 2024-cü il prezident seçkilərində namizədliyini rəsmən açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, 57 yaşlı Skott öz namizədliyini elan etdiyi Cənubi Karolina ştatının Şimali Çarlston şəhərində seçki kampaniyasına rəsmən başlayıb.

Buradakı çıxışında Skott ABŞ-ın “fürsətlər ölkəsi” olduğunu bildirərək, ailəsindən və öz həyat hekayəsindən danışıb.

ABŞ prezidenti Co Baydeni və “radikal sol” adlandırdığı demokratları günahlandıran Skott, Bayden administrasiyasının iqtisadi və təhlükəsizlik siyasətini tənqid edib. “Baydenin Amerikasında cinayət nisbətləri artır və hüquq-mühafizə orqanları geri çəkilir”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Skota uğurlar arzulayıb.

NOCOMMENT.AZ