NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Milli Müsəlman Demokratik Şurası ölkə prezidenti Co Baydenə ultimatum verib, təşkilat yaxın gələcəkdə İsrailə təsir göstərməyi və Təl-Əvivi Qəzza zolağında atəşi dayandırmağa razı salmağı tələb edib. Bu barədə Reuters məlumat yayıb.
Agentliyin məlumatına görə, Müsəlman Şurası ABŞ-da milyonlarla müsəlman seçicini 2024-cü ildə keçiriləcək prezident seçkilərində ianə və Baydenə səs verməkdən imtina etməsi üçün səfərbər etmək niyyətindədir.
Onların fikrincə, Amerika lideri bölgədə atəşkəsi təmin etmək üçün təcili addımlar atmasa, belə bir qərar veriləcək.
Şura Baydenə göndərdiyi mesajda əlavə edib: “Administrasiyanızın qeyd-şərtsiz dəstəyi, o cümlədən maliyyə və silahlar zorakılığın davam etdirilməsində və seçicilərin etimadının azalmasında mühüm rol oynayıb”.