ABŞ-dan 11 aprel təxribatına – Reaksiyabackend

ABŞ-dan 11 aprel təxribatına – Reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biz aprelin 11-də Ermənistan və Azərbaycan qoşunları arasında bir neçə itki ilə nəticələnən qanlı toqquşmadan təəssüflənirik.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Ermənistanın aprelin 11-də Azərbaycanla şərti dövlət sərhədində törətdiyi təxribatla bağlı yaydığı açıqlamada bildirilib.

“Münaqişənin hərbi yolla həlli ola bilməz və mübahisələrin həlli üçün gücdən istifadə yolverilməzdir. Davamlı sülhün yeganə yolu danışıqlar masası arxasındadır. Gücdən istifadə isə buna mane olur”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu – Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.