ABŞ-dan açıqlama: Baydenin niyyəti dəyişmədibackend

ABŞ-dan açıqlama: Baydenin niyyəti dəyişmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi onlayn mətbuat konfransında jurnalistlərin F-16-nın Türkiyəyə satışı ilə bağlı suallarını cavablandırıb.

NOCOMMENT xəbər verir ki, Kirbinin cavabları Ankara ilə Vaşinqton arasında davam edən danışıqlara ipucu verdi.

Türkiyə ilə ABŞ arasında F-16 döyüş təyyarələrinin satışı ilə bağlı müzakirələr davam edir. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi iki NATO müttəfiqi arasında davam edən danışıqları şərh edib.

Anadolu agentliyinin verdiyi məlumata görə, ABŞ prezidenti Co Baydenin Türkiyəyə F-16 satışı ilə bağlı irəliləyiş əldə etmək istəyində heç bir dəyişiklik yoxdur.