ABŞ-dan Azərbaycan-Ermənistan dialoqu barədə – Açıqlamabackend

ABŞ-dan Azərbaycan-Ermənistan dialoqu barədə – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Amerika Birləşmiş Ştatları Ermənistanla Azərbaycan arasında dialoqu alqışlayır”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays bildirib.

O qeyd edib ki, Amerika Birləşmiş Ştatları bu dialoq çərçivəsində Cənubi Qafqazın dinc, demokratik və firavan gələcəyinin inkişafına tərəfdardır:

“Biz tərəfləri təkidlə bu dialoqu davam etdirməyə və mövcud olan birbaşa qarşılıqlı fəaliyyət mexanizmlərindən istifadə etməyə, eləcə də münaqişə ilə bağlı həll edilməmiş bütün məsələlərin hərtərəfli həllinin tapılmasında göstərilən səyləri, diplomatik qarşılıqlı fəaliyyəti aktivləşdirməyə çağırırıq”.

O, münaqişə tərəflərini sülh sazişi bağlanması yolu ilə öz münasibətlərini normallaşdırmağa çağırıb. Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ bu prosesi dəstəkləməyə hazırdır.