ABŞ-dan Bayramov-Mirzoyan görüşü barədə AÇIQLAMAbackend

ABŞ-dan Bayramov-Mirzoyan görüşü barədə AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın bazar ertəsi Vaşinqtonda keçirilən görüşü rəsmi Bakı və İrəvanın dialoqun intensivləşdirilməsi yolu ilə sülhə nail olmaq istəyini göstərir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Bildirilib ki, ABŞ dövlət katibi Entoni Blinken “davamlı sülh sazişinə doğru irəliləyişi təşviq etmək üçün” bu görüşü təşkil edib.

“Görüş Azərbaycan və Ermənistanın dialoqun intensivləşdirilməsi yolu ilə sülhə olmaq istəyini göstərir. ABŞ Cənubi Qafqazda sülhü dəstəkləməyə sadiq qalır”, – Dövlət Departamenti qeyd edib.

Qedy edək ki, ötən gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında Vaşinqtonda ikitərəfli görüş keçirilib.