ABŞ-dan Çini qəzəbləndirəcək daha bir ADDIMbackend

ABŞ-dan Çini qəzəbləndirəcək daha bir ADDIM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvan administrasiyası ABŞ-ın “Boeing” şirkətindən 400 ədəd gəmi əleyhinə raket almağı planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi özəl mənbələrə istinadən məlumat yayıb.

Agentlik Tayvanın Çin gəmilərinə qarşı taktiki “Harpun” raketləri alacağını bildirib. Raketlərin gəmidən buraxılan deyil, qurudan atılan versiyasının alınacağı qeyd olunub.

Digər mənbə raketlərin satışı ilə bağlı müqavilənin 1,7 milyard dollar dəyərində olduğunu açıqlayıb.