ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Çinin akkumulyator istehsalçısı Camel Group və Chenguang Biotechnology Group şirkətlərinin azlıqları, o cümlədən uyğur türklərini işləməyə məcbur etdiklərini əsas gətirərək ölkəyə girişini qadağan edib.
NOCOMMENT.az xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyindən verilən açıqlamada, bu gündən etibarən Sincan mərkəzli Chenguang Biotechnology şirkəti və Hubei mərkəzli Camel şirkətinin ölkəyə girişi əngəllənəcək şirkətlər siyahısına daxil edildiyi bildirilib.
Daxili Təhlükəsizlik Naziri Alejandro Mayorkas deyib ki, qadağa “Bayden-Harris administrasiyasının təşkilatları törətdikləri dəhşətli insan haqları pozuntularına və məcburi əməyə görə məsuliyyətə cəlb etmək əzmini nümayiş etdirir. Biz Sincanda malların məcburi əməyindən qorunmaq üçün tərəfdaşlarımızla işləməyə davam edəcəyik”.
Belə ki, Sincanda məcburi əməkdən istifadə etdiyinə görə ümumilikdə 24 şirkətin ABŞ-a girişi qadağan edilib.
Son illərdə Sincan Uyğur Muxtar Bölgəsində başda ABŞ olmaqla Uyğur türklərini və digər azlıq nümayəndələrini hədəf alan sistematik hüquqların pozulması iddiaları ilə Çin beynəlxalq ictimai rəydə tənqid hədəfinə çevrilib.
2021-ci ilin dekabrında ABŞ Konqresi Çinin Sincan Uyğur Muxtar Bölgəsindəki uyğur türklərinin və digər etnik və dini azlıqların məcburi əməyi ilə istehsal olunan malların ABŞ-a idxalını qadağan edən qanunu qəbul edib.
Pekin administrasiyasının sözçüləri məcburi əmək iddialarını “anti-Çin qüvvələr tərəfindən uydurulmuş yalanlar” kimi qiymətləndirdi; O, ölkədə insan haqlarının vəziyyəti ilə bağlı həqiqətə uyğun olmayan böhtan atmağa çalışıldığını müdafiə edib.