ABŞ-dan elektrikli avtomobillərə yeni investisiyalarbackend

ABŞ-dan elektrikli avtomobillərə yeni investisiyalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ administrasiyası elektrikli nəqliyyat vasitələrinin istifadəsini artırmaq üçün yeni özəl və dövlət sektoru investisiyalarını açıqladı.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Evdən açıqlama verilib.

Məlumata görə ABŞ prezidenti Co Bayden 2030-cu ilə qədər bütün yeni avtomobil satışlarının 50 faizini elektrikləşdirməyi hədəfləyir.

Açıqlamada ABŞ-ın elektrikli avtomobillərə keçidini dəstəkləmək üçün yeni özəl və dövlət sektoru investisiyaları paylaşılıb və bu investisiyaların Baydenin yerli istehsalı təşviq etmək, təchizat zəncirlərini gücləndirmək, ölkənin rəqabət qabiliyyətini artırmaq və iş yerləri yaratmaq məqsədinin də bir hissəsi olduğu ifadə edilib.

Bəyanatda Baydenin vəzifəyə gəlişindən sonra ölkədə elektrikli avtomobil satışlarının artıq üç dəfə çoxaldığı və ictimai şarj stansiyalarının sayının 40 faizdən çox artdığı vurğulanıb.

NOCOMMENT.AZ