ABŞ-dan gələn ermənilər də Qarabağa buraxılmadılarbackend

ABŞ-dan gələn ermənilər də Qarabağa buraxılmadılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-dan gələn bir qrup erməni Dağlıq Qarabağ ərazisinə buraxılmayıb.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə erməni ictimai fəal, “Kaseçum” hərəkatının funksioneri Samson Qriqoryan bildirib.

Onun sözlərinə görə, Qarabağa icazəsiz daxil olmaq istəyən “qonaqlar” Rusiya sülhməramlıları tərəfindən geri qaytarılıblar: “Rusiyalı sülhməramlılar Amerikadan olan dostlarımızı, ABŞ ermənilərini Qarabağa buraxmayıblar”.

Xatırladaq ki, bu yaxınlarda Xankəndi şəhərinə qanunsuz getmək istəyən fransız jurnalistlər də Qarabağ ərazisinə buraxılmamışdılar. Rusiya sülhməramlıları onlara bildirmişdilər ki, Qarabağ Azərbaycan ərazisidir, bura səfər etmək üçün İrəvandan yox, Bakıdan icazə alınmalıdır.