ABŞ-dan İrana sərt xəbərdarlıq: Bunun əvəzini ağır ödəyəcəksinizbackend

ABŞ-dan İrana sərt xəbərdarlıq: Bunun əvəzini ağır ödəyəcəksiniz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-a qarşı atacağı hər hansı bir pis və xoşagəlməz addıma görə İrana cavabımız ağır olacaq”.

NOCOMMENT.az teleqraf.com-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Tramp bildirib ki, İran maliyyə qaynaqlarını itirdiyinə görə, artıq HƏMAS və digər terrorçu qruplara maddi yardım edə bilmir:

“İran yaxşı bilir ki, Amerikaya qarşı pis və ya xoşagəlməz hər hansı bir addım atsa, bunun bədəlini min qat artıq ödəməli olacaq. Bu barədə onlara artıq xəbərdarlıq da edilib. Biz iranlılara açıq şəkildə demişik ki, bizə qarşı hər hansı bir addım atacağınız təqdirdə, biz də sizə qarşı indiyəcən görünməmiş addımlar atacaq, tədbirlər görəcəyik.

Mənim prezidentliyim dövründə İran artıq terrorçu təşkilat və qruplaşmalara maliyyə yardım etmək üçün bütün imkanlarını itirib. Bir sözlə, onlar artıq varlı deyillər və regionda bu qədər problem yaradan HƏMAS və digər terrorçu təşkilatlara yüz milyonlarla dollar pul verə bilmirlər”.