ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını hərbi yolla almağa hazırdır.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli deyib.
O qeyd edib ki, ABŞ Prezidenti Co Bayden zərurət yaranarsa, son çarə kimi hərbi varianta razılıq verəcəyini bildirib.
Malli onu da qeyd edib ki, hazırda buna ehtiyac yoxdur.