ABŞ-dan Rusiyaya kinayəli təşəkkür mesajıbackend

ABŞ-dan Rusiyaya kinayəli təşəkkür mesajı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken Rusiya prezidenti Vladimir Putinə Ukraynada başlatdığı müharibə ilə əlaqədar təhlükəsizlikdən narahat olan Finlandiyanın NATO-ya üzvlüyünə yol açdığına görə ona kinayəli şəkildə təşəkkür etdi.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Entoni Blinken Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısından əvvəl NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransı keçirərkən açıqlama verib.

“Tezliklə biz Finlandiyanı Alyansa, masa arxasında oturacağına dəvət edəcəyik. Demək istəyirəm ki, bu, Putinə təşəkkür edə biləcəyimiz yeganə şey ola bilər, çünki o, öz aqressiyası ilə mane olmağa çalışdığı prosesi daha da sürətləndirməyə kömək etdi.” deyə Blinken qeyd edib.

NOCOMMENT.AZ