ABŞ-dan Şimali Koreyaya qarşı yeni sanksiyalarbackend

ABŞ-dan Şimali Koreyaya qarşı yeni sanksiyalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Maliyyə Nazirliyi Şimali Koreyaya görə qeyri-qanuni gəlir əldə etməkdə ittiham etdiyi şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edib.

NOCOMMENT.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinə bağlı Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) yaydığı məlumata görə qeyri-qanuni gəlir əldə etməkdə ittiham edilən 2 şəxs və 3 təşkilata sanksiya tətbiq edilib.

Nazirlikdən verilən açıqlamada, sanksiya tətbiq edilən qurumların “Chilsong Trading Corporation”, “Korea Paekho Trading Corporation” və “Congo Aconde SARL” olduğu bildirilib.

Chilsong Ticarət Korporasiyası Şimali Koreya hökuməti ilə əlaqəli olduğu açıqlanıb. Belə ki, şirkət Şimali Koreya üçün xarici valyuta əldə edir, kəşfiyyat məlumatları toplayır və kəşfiyyatçıların mühafizəsini təmin edir.

NOCOMMENT.AZ