ABŞ-dan Şimali Koreyaya yaşıl işıq: Biz hazırıqbackend

ABŞ-dan Şimali Koreyaya yaşıl işıq: Biz hazırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreyanın nüvə silahı ilə hərtərəfli müharibə təhdidlərindən sonra ABŞ Dövlət Departamentindən bəyanat verilib.

NOCOMMENT xəbər verir ki, Şimali Koreya ilə masa arxasına oturmağa hazır və istəkli olduğu ifadə edilən açıqlamada, “Şimali Koreya isə, indiki zamanda belə bir cəhd etmək istəmədiyini dəfələrlə qəti şəkildə ifadə edib”.

ABŞ-ın müdafiə naziri Lyold Ostinin Cənubi Koreyaya səfərindən sonra ABŞ və Şimali Koreya arasında gərginlik pik həddinə çatıb.

Səfərdən sonra Şimali Koreyadan təhdid xarakterli bəyanatlar gəldi və ABŞ-ın mümkün hərbi əməliyyatına nüvə silahı da daxil olmaqla total müharibə prinsipi çərçivəsində cavab veriləcəyi açıqlandı.

Şimali Koreyanın bu təhdidlərindən sonra ABŞ Dövlət Departamentindən mötədil açıqlama verilib. Vaşinqton cəbhəsindən Pxenyana verilən cavabda Şimali Koreya ilə dəfələrlə dialoq çağırışı etdikləri xatırladılıb.