ABŞ-dan Talibana JESTbackend

ABŞ-dan Talibana JEST

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Quantanamo həbsxanasında saxlanan Əfqanıstan vətəndaşı Əsədullah Harun azad edilib.

NOCOMMENT.az  xəbər verir ki, 15 il həbsdə saxlanılmış Haruna qarşı heç bir rəsmi ittiham irəli sürülməyib. O, 2006-ci ilin yayında Pakistan sərhədini keçməyə cəhd edərkən saxlanılıb. Bir il sonra ABŞ hərbçiləri onun Əl-Qaidə hərəkatı ilə əlaqədə olduğu iddia edərək Quantanamo həbsxanasına göndəriblər.

Əsədullah Harun bu gün Taliban nümayəndələrinin müşayiəti ilə xüsusi reyslə Qətərdən Kabilə gətirilib. O, paytaxtda təntənə ilə qarşılanıb.

Hazırda Quantanamoda 1 Əfqanıstan vətəndaşı saxlanılır.