ABŞ-dan Türkiyəyə 60 tondan çox yardım materialıbackend

ABŞ-dan Türkiyəyə 60 tondan çox yardım materialı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin ABŞ-dakı Vaşinqton səfirliyinin təşkilatçılığı ilə zəlzələ qurbanları üçün toplanan 60 tondan çox yardım materialını daşıyan ilk yük təyyarəsi Türkiyəyə yola düşüb.

NOCOMMENT.az xəbər verir ki, Türkiyə və Suriyada zəlzələ qurbanları üçün toplanan humanitar yardım DVS və Jet Aviation-ın dəstəyi ilə Vaşinqtondakı Dalles Hava Limanından Türkiyənin İncirlik Hava Bazasına göndərilib.

Yardıma qış geyimləri, çadırlar və birinci mərhələdə sağ qalmaq üçün lazım olan ləvazimatlar daxildir.

NOCOMMENT.AZ