F-16-ların Türkiyəyə satışı ilə bağlı ABŞ- dan bir-birinin ardınca mühüm açıqlamalar gəldi.
NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Ağ Evin milli təhlükəsizlik müşaviri Jake Sallivan açıqlama verib.
“Bayden Konqreslə məsləhətləşərək F-16-ların Türkiyəyə satışını irəlilətməyi planlaşdırır”, – deyə müşavir bildirib.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti bir müddət F-16 təyyarələrinin Türkiyəyə satışını açıq şəkildə dəstəklədiklərini bildirmişdi.
Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq, “Bir qrup Konqres üzvü var ki, biz inanmasaq da, bunun orada NATO-ya üzvlüklə bağlı olduğuna inanırlar”, deyib.
Türkiyənin NATO üzvlüyü ilə bağlı narahatlıqlarını aradan qaldırmaq üçün İsveçin “konstitusiyasında dəyişiklik etdiyini, yeni qanun qəbul etdiyini, terror şübhəlilərini həbs etdiyini və araşdırmalarını davam etdirdiyini” bildirən Miller, bunların Türkiyənin narahatlığını azaltmaq üçün kifayət olduğuna inandıqlarını ifadə etdi.
“Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə görüşlərin davam edəcəyini” ifadə edən sözçü, ABŞ dövlət katibi Antoni Blinkenin son 5 gündə üç dəfə görüşdüyü türkiyəli həmkarı Hakan Fidanla yeni görüş keçirəcəyinə əmin olduğunu bildirib: “6 gündür bu mövzu ABŞ üçün yüksək prioritetdir”.
Miller, sual üzərinə Türkiyənin Avropa Birliyi (AB) hədəflərini dəstəkləməyə davam edəcəklərini və bunun AB ilə Türkiyə arasında bir məsələ olduğunu ifadə etdi.
Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü verdiyi yazılı açıqlamada, “ABŞ Türkiyənin AB-yə üzv olmaq istəyini hər zaman dəstəkləyib və dəstəkləməyə davam edir”. ifadəsindən istifadə edilmişdir.