ABŞ-dan Ukraynaya 2,175 milyard dollarlıq yeni yardımbackend

ABŞ-dan Ukraynaya 2,175 milyard dollarlıq yeni yardım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar Ukraynaya qurudan atılan uzaqmənzilli raketlər də daxil olmaqla əlavə 2,175 milyard dollarlıq hərbi yardım edəcəyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Xarici İşlər Nazirliyinə verdiyi icazə əsasında yaydığı sirkulyarda Amerika ordusunun inventarında olan 425 milyon dollarlıq texnika, silah və sursatın Ukraynaya çatdırılmasını təsdiqlədiyini bildirib.

Pentaqon cəmi 2 milyard 175 milyon dollarlıq iki ayrı yardım paketinin təfərrüatlarını ehtiva edən açıqlamanı mətbuatla paylaşıb.

Açıqlamada ABŞ inventarından veriləcək silah, sursat və avadanlıqlar belə sıralanıb:

“Yüksək Performanslı Artilleriya Raket Sistemləri (HIMARS) üçün əlavə döyüş sursatları; 155 mm-lik artilleriya mərmiləri; 120 mm-lik minaatanlar; pilotsuz uçuş aparatlarına qarşı termal görüntü nişanları olan 190 ağır pulemyot; 181 Minadan Mühafizə (MRAP) vasitəsi; 250 Javelin zirehdələn raket, 2000 zirehdələn raket; Claymore minası, dağıdıcı sursat; soyuq hava üçün alətlər, dəbilqələr və digər sahə avadanlıqları.”

NOCOMMENT.AZ