ABŞ-dan Ukraynaya tarixi YARDIMbackend

ABŞ-dan Ukraynaya tarixi YARDIM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Bayden Rusiya-Ukrayna müharibəsinin 11-ci aya girdiyi bir vaxtda Ukraynaya kritik dəstək verdiyini açıqladı.

NOCOMMENT.az xəbər verir ki, Bayden 31 “Abrams” tankının Ukraynaya göndəriləcəyini açıqlayıb.

Avropanın Ukrayna ilə tam birləşdiyini deyən Bayden Ukraynanın silah potensialının kritik əhəmiyyət daşıdığını bildirib.

Bayden alyansın digər üzvləri olan Britaniya, Hollandiya, Kanada, Slovakiya, Norveç, Fransa, Polşa, Danimarka, Estoniya, Latviya və Litva, eləcə də Finlandiyaya Ukraynaya göstərdikləri köməyə görə təşəkkür edib.

ABŞ əsgərlərinin ən qısa zamanda Ukrayna əsgərlərinə təlimlərə başlayacağını bildirən Bayden Almaniyanın tank göndərmə qərarını təqdir etdiyini və Ukraynaya dəstəyini artırdığını bildirib.