ABŞ-dan Yunanıstana F-16 DƏSTƏYİbackend

ABŞ-dan Yunanıstana F-16 DƏSTƏYİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın dəstəyi ilə modernləşdirilən F-16 qırıcıları Yunanıstan Hava Qüvvələri Sənaye Təşkilatının Tanaqradakı obyektlərində rəsmi mərasimlə təhvil verilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə yunan mətbuatı yazıb.

İki modernləşdirilmiş F-16-nın ilk uçuşunun Əyriboz adasının üzərindən həyata keçirərək Kritdəki Suda bazasına getməsi planlaşdırılır.

İlin sonuna qədər 6 ədəd F-16-nın modernləşdirilməsini başa çatdırmaq nəzərdə tutulur. F-16 modernizasiya proqramı çərçivəsində ümumilikdə 83 ədəd F-16-nın “Viper” səviyyəsinə yüksəldilməsi gözlənilir.
publika