ABŞ-də 1999-2020-ci illər arasında 1,6 milyondan çox qaradərili ölübbackend

ABŞ-də 1999-2020-ci illər arasında 1,6 milyondan çox qaradərili ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni edilən bir araşdırmaya görə 1999-2020-ci illər arasında ABŞ-də ağlarla müqayisədə 1,6 milyondan çox qaradərili insanın öldüyü məlum olub.

NOCOMMENT.az xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, Amerika Tibb Assosiasiyasının (JAMA) jurnalında dərc olunan yeni araşdırmada 1999-2020-ci illər arasındakı ölüm halları araşdırılıb.

Qaradərili kişi ölümlərinin ağdərili kişilərdən 997 min 623 çox olduğunu təyin edən araşdırmada, qaradərili qadınların ağ dərili qadınlardan 628 min 464 çox olduğu ortaya çıxıb.

Araşdırmada ən çox ölüm səbəbinin ürək xəstəlikləri olduğu, ölümlərin isə daha çox körpə və orta yaşlı insanlarda müşahidə edildiyi qeyd edilib.

Qaradərililərin ağlara nisbətən daha çox öldüyünü ortaya çıxaran araşdırmanın səhiyyədəki mövcud vəziyyətin yenidən nəzərdən keçirilməsinə ehtiyac olduğunu göstərdiyi vurğulanıb.

NOCOMMENT.AZ