ABŞ-də 21 yaşlı qadını öldürən şəxs edam edilibbackend

ABŞ-də 21 yaşlı qadını öldürən şəxs edam edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1996-cı ildə ABŞ-nin Oklahoma ştatında 21 yaşlı tələbə Culi Buskeni öldürən Entoni Sançez edam edilib. 

NOCOMMENT.az xəbər verir ki, Oklahoma ştatının cəzaçəkmə müəssisəsi qətldə təqsirli bilinən Antoni Sançesin yerli vaxtla saat 10:19-da edam edildiyini açıqlayıb.

Bildirilib ki, qətldə təqsirli bilinən Sançes Buskenin öldürülməsi ilə heç bir əlaqəsi olmadığını iddia etsə də, amnistiya üçün müraciət etməyib. Edam edilməzdən əvvəl Associated Press (AP) ilə telefon danışığında günahsızlığını müdafiə edən Sançez tapılan DNT-nin saxta olduğunu və ona aid olmadığını iddia edib.

Digər tərəfdən, Oklahoma Baş prokuroru Gentner Drummond DNT sübutlarının Sançesi Buskenin qətllə əlaqələndirdiyini qeyd edib.

Qeyd edək ki, 20 dekabr 1996-cı ildə yaşayış binasının dayanacağından qaçırıldıqdan sonra Busken zorlanmış və başından güllələnmiş şəkildə tapılıb. Qatilin kimliyi illərlə müəyyən edilə bilməsə də 2002-ci ildə oğurluq etdiyi üçün həbs olunarkən Sançesin DNT nümunəsi verməsi işin gedişatını dəyişib. 2006-cı ildə Buskenin paltarında tapılan sperma nümunəsi Sançezin DNT-si ilə uyğunlaşdığı üçün Sançes ölüm cəzasına məhkum edilib.

Sançesin məhkəməsi zamanı Klivlend dairəsinin prokuroru Tim Kuykendall qeyd edib ki, Sançesi qətllə əlaqələndirən başqa dəlillər, o cümlədən DNT dəlilləri, həmçinin hadisə yerindən tapılan ballistik məlumatlar və ayaqqabı izi var.