ABŞ-də casus şar şübhəsibackend

ABŞ-də casus şar şübhəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ rəsmilərinin ölkənin qərb bölgəsində yüksək hündürlükdə uçan naməlum şarı təsbit edib izlədikləri barədə məlumat verilib.

NOCOMMENT.az “CBS news”ə istinadən xəbər verir ki, ilkin araşdırmalardan sonra hərbi təyyarə tərəfindən aşkar edilən şarın təhlükə yaratmadığı qeyd edilib.

Kolorado ştatı üzərində təxminən 12 min metr yüksəklikdə uçan şarın kimə aid olduğu və hansı məqsədlə buraxıldığı hələlik məlum deyil və şarın Corciya əyalətinə doğru uçduğu bildirilib.

Xatırladaq ki, ötən ilin fevralında ABŞ səmasında görünən və Çinə məxsus olduğu ortaya çıxan oxşar yüksək hündürlükdə hava şarı ölkədə uzun müddətdir ki  gündəmdə idi.