ABŞ-də ilk dəfə olaraq bələdiyyə Ramazan bayramını rəsmi tətil elan etdibackend

ABŞ-də ilk dəfə olaraq bələdiyyə Ramazan bayramını rəsmi tətil elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Miçiqan ştatının bir bələdiyyəsində müsəlmanlar ilk dəfə Ramazan bayramının ilk gününü rəsmi tətil günü kimi qeyd edəcəklər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə yerli mətbuata Miçiqan ştatının Dirborn şəhərinin meri Abdulla Hammud məlumat verib.

“İlk dəfədir ki, bir bələdiyyə Ramazan bayramını bayram elan edir və sizin inancınız digərləri kimi rəsmi şəkildə tanınır. Hesab edirəm ki, bu, böyük əhəmiyyət kəsb edir” deyə o bildirib.

2021-ci ildən Dirbornun ilk müsəlman bələdiyyə sədri olan Livan əsilli Hammud müsəlman icmasının ilk dəfə olaraq özünü doğulub böyüdüyü şəhərin bir hissəsi kimi hiss edəcəyini qeyd etdi.

NOCOMMENT.AZ