ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərindəki katolik məktəbində baş verən atışmada 3 nəfər həlak olub, 20-yə yaxın insan yaralanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report” xarici KİV-ə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, atəş açan şəxs güllə yarasından ölüb, ehtimal ki, özünə xəsarət yetirib.
Minneapolis polisi ölənlər arasında 8 və 10 yaşlı iki uşağın olduğunu və onların hadisə yerində öldüyünü bildirib. Yaralanan 17 nəfərdən 14-ü uşaq olub, onlardan ikisinin vəziyyəti ağırdır.
19:23
ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərindəki katolik məktəbində atışma baş verib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “ABC News” öz mənbələrinə istinadən məlumat yayıb.
Atışma nəticəsində iki nəfər ölüb, 10-da çox insan yaralanıb.
Polis atəş açan şəxsin zərərsizləşdirildiyini, lakin ərazinin mühasirəyə alındığını və fövqəladə hallar xidmətlərinin işini davam etdirdiyini bildirib.
Yerli media uşaqların məktəb ərazisindən təxliyə edildiyini bildirib. Onların əksəriyyəti xəsarət almayıb.
ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında insidentə cavab verərək bildirib ki, faciə ilə bağlı tam məlumat alıb və FTB artıq hadisə yerində işləyir. O, Ağ Evin vəziyyətə nəzarət edəcəyinə söz verib.