ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb – YENİLƏNİBbackend

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin Corciya ştatında məktəbdə atışma nəticəsində azı 4 nəfər ölüb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bununla yanaşı, 30-a yaxın adam yaralanıb.

Telekanalın məlumatına görə, Barrou qraflığında bütün məktəblər müvəqqəti bağlanıb, təhlükəsizlik məqsədilə oraya polis əməkdaşları göndərilib.

21:22

ABŞ-nin Corciya ştatının Uinder şəhərində məktəbdə atışma baş verib, iki nəfər həlak olub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə MSNBC telekanalı məlumat yayıb.

Məlumata görə, azı dörd nəfər xəsarət alıb.

Polis şübhəli şəxsi saxlayıb.

Hadisə yerində 5 təcili tibbi yardım maşınının olduğu, zərərçəkənlərdən birinin helikopterlə xəstəxanaya yerləşdirildiyi qeyd edilir.