ABŞ-nin Kaliforniya ştatında meymunçiçəyinə ilk yoluxma faktı qeydə alınıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə ştatın Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.
Məlumata görə, sözügedən diaqnoz bu yaxınlarda Şərqi Afrikaya səyahət edən şəxsə qoyulub.
Virusa yoluxan şəxs ABŞ-yə qayıtdıqdan qısa müddət sonra yerli tibb müəssisəsində müalicə olunub və evə buraxılıb.