ABŞ-də ötən illə müqayisədə evsizlərin sayı ARTDIbackend

ABŞ-də ötən illə müqayisədə evsizlərin sayı ARTDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Nyu Meksiko ştatında kirayə haqqı artmağa davam edərkən, evsizlərin sayının yanvar ayında keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 48 artdığı bildirilib.

NOCOMMENT.az xəbər verir ki, ABŞ-ın Mənzil və Şəhər İnkişafı Departamenti tərəfindən açıqlanan hesabatda, 2023-cü ilin yanvarında ştatda bir gecədə aparılan sorğuda təxminən 3,850 insanın küçələrdə yaşadığı bəlli olub.

Yoxsulluq nisbətlərinin artması və aşağı işgücü iştirakının evsizlik probleminə təsir edə biləcəyi ifadə edilən hesabatda kirayələrin gəlirlərdən daha sürətli artdığı qeyd edilib.

Nyu Meksiko İpoteka Maliyyə Administrasiyasının baş icraçı direktoru İsidoro Hernandez 50-dən çox ailənin yerləşə biləcəyi 4300 binanın tikilməkdə olduğunu bildirib.

NOCOMMENT.AZ