ABŞ-da evsizlərin sayı 2024-cü ilin sonuna kimi rekord həddi – 653 min nəfəri keçə bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məqalə müəllifləri ABŞ-da evsizlərə yardım göstərən 250 şirkətlə söhbətlər apardıqdan sonra bu qənaətə gəliblər.
Məlumata görə, hazırda küçələrdə yaşayanların sayı artıq 550 minə çatıb. Bu rəqəm 2023-cü ilin eyni dövrünün məlumatlarından 10% çoxdur.
Qəzet hazırkı böhranın səbəbləri kimi miqrant axınını müəyyən edir. Bundan əlavə, evsiz vətəndaşların sayının artmasına mənzillərin alqı-satqısı və kirayəsi qiymətlərinin artması, həmçinin fentanil epidemiyası təsir edib.