ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, ABŞ-də mobil tətbiqə daxil olmaq istəyənlər müvafiq bildirişlə qarşılaşırlar: “ABŞ-da “TikTok”un qadağan edilməsinə dair qanun qəbul edilib. Buna görə də siz, “TikTok”dan istifadə edə bilməzsiniz”.
Xidmət “App Store”da axtarış nəticələrində görünmür, “Google Play”də isə sosial şəbəkəni yükləmək mümkündür, lakin quraşdırıldıqdan sonra proqram işləmir.
Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ABŞ-da qadağa ilə üzləşən “TikTok” sosial şəbəkəsini amerikalı istifadəçilər üçün qoruyub saxlamağa çalışacağını istisna etməyib.
10:14
Prezident Cozef Bayden Administrasiyasının qüvvəyə minən qadağası səbəbindən “TikTok” yanvarın 19-da ABŞ-də fəaliyyətini dayandırır.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, ABŞ-də 170 milyona yaxın istifadəçisi olan xidmət bu həftə Birləşmiş Ştatlarda fəaliyyətini dayandıracağını bildirib, çünki hazırkı hakimiyyətdən fəaliyyətinin davam etdirilməsinin ona və tərəfdaşlarına cərimələrə səbəb olmayacağına dair heç bir zəmanət almayıb.
Bazar günü “TikTok” istifadəçilərinin xidmətə girişinin kəsiləcəyi və mobil tətbiqin “Apple” və “Google”dan silinəcəyi gözlənilir, çünki Amerika qanunlarına görə Ədliyyə Nazirliyi onlardan, eləcə də hostinq provayderlərindən bir istifadəçi üçün 5 min dollara qədər cərimə toplamaq hüququna sahib olacaq.
Eyni zamanda, qadağa və cərimələr istifadəçilərin özlərinə şamil olunmur. CNN telekanalı qeyd edib ki, amerikalılara VPN xidmətlərindən istifadə edərək tətbiqə girişi saxlamaq imkanı verilir.