ABŞ-də Ukrayna sorğusubackend

ABŞ-də Ukrayna sorğusu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-dakı bir qrup Respublikaçı konqres üzvü Co Bayden administrasiyasının Ukraynaya etdiyi yardımı şübhə altında olduğu və administrasiyanın tələb etdiyi əlavə maliyyəni təsdiq etməyəcəkləri mesajını verib. Qrup “Əks-hücum haqqında nə demək olar”? “Ukraynalılar qələbəyə 6 ay əvvəlkindən daha yaxındırmı”? kimi suallar səsləndirib.

NOCOMMENT.az xəbər verir ki, ABŞ Konqresinin üzvü olan 28 respublikaçı Ağ Evin İdarəetmə və Büdcə Ofisinin direktoru Şalanda Yanqa ünvanladığı məktubda Rusiya-Ukrayna müharibəsinin başladığı 2022-ci ildən etibarən ABŞ-ın bu ölkəyə görə məsuliyyət daşıdığını bildirib. Ukraynadakı vəziyyətdən təsirlənən ölkələr üçün əlavə olaraq 114 milyard dollar vəsait ayırdığını diqqətə çatdırıb.

Bununla belə, Konqres üzvləri Konqresin əksəriyyətinin ABŞ-ın bu münaqişəyə ümumilikdə nə qədər vəsait xərclədiyi barədə məlumatı olmadığını iddia edərək, Ağ Evin müharibəni dəstəkləmək üçün “ucu açıq” siyasət yürütdüyünü bəyan ediblər.