ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarına çağırışbackend

ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarına çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 1-də Nyu York və yaxın ətraf ərazilərdə yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti həyata keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, Bruklində baş tutacaq həmin səyyar konsulluq xidmətlərindən faydalanmaq istəyən vətəndaşlardan keçid vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.

Qeyd olunub ki, səyyar konsulluq xidmətinə müraciət üçün zəruri olan sənədlərlə bağlı ətraflı məlumat səfirliyin internet səhifəsində yerləşdirilib.

O da bildirilib ki, ABŞ-nin digər ştatlarında yaşayan vətəndaşlarımızın konsulluq xidmətlərindən mümkün istifadəsini daha əlçatan etmək məqsədilə səfirlik tərəfindən ilin sonuna kimi Filadelfiya (Pensilvaniya, 11 noyabr), Çikaqo (İllinoys, 9 noyabr) və Hyustonda (Texas, 27 dekabr) da səyyar konsulluq xidmətləri həyata keçiriləcək.

Əlavə məlumat üçün əlaqə vasitələri də paylaşılıb. Telefon: +1(202)556-9391; Elektron poçt ünvanı: [email protected].