ABŞ-də yeni dollar – Trampın o görüntüsü ilə olacaqbackend

ABŞ-də yeni dollar – Trampın o görüntüsü ilə olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Xəzinədarlığı Prezident Donald Trampın təsviri olan 1 dollarlıq yeni kolleksiya sikkələri buraxmağı düşünür.

NOCOMMENT.az  “Fox Business”ə istinadən xəbər verir ki, bu addım ABŞ-nin yaranmasının 250 illiyi çərçivəsində planlaşdırılır.

Layihədə ABŞ-nin hazırkı prezidenti Donald Tramp Amerika bayrağı fonunda qaldırılmış yumruqla təsvir olunacaq. Bu görüntünün 2024-cü ildə ona qarşı sui-qəsddən sonra çəkilmiş məşhur fotoya istinad etdiyi vurğulanır.

Lakin Xəzinədarlığın sözçüsü bildirib ki, son dizayn hələ təsdiqlənməyib.

Xatırladaq ki, iyunun 25-də Trampın portretinin əks olunduğu qızıl sikkələr buraxılıb.