ABŞ hakimiyyəti bu ayın sonuna qədər Ukraynaya yeni hərbi yardım ayıracaq.
NOCOMMENT.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi növbəti brifinqdə deyib.
“Ayın sonuna qədər əlavə hərbi yardım elan etməyimizi tamamilə gözləyərdim”.
Ukrayna prezidenti Vladimir Zelenskinin Amerika rəhbərliyindən onu ABŞ-a dəvət etməsini xahiş edib, yoxsa Amerika tərəfinin təşəbbüsü ilə bağlı sualı cavablandıran Kirbi vurğulayıb:
“Bu, prezident Co Baydenin dəvəti idi. Prezident Zelenskinin bu məsələləri müzakirə etmək üçün şəhərə Vaşinqtona gəlməsi üçün ən uyğun vaxtdır”.