ABŞ-dən Azərbaycan-Ermənistan sərhədinə gedən vətəndaşlarına xəbərdarlıqbackend

ABŞ-dən Azərbaycan-Ermənistan sərhədinə gedən vətəndaşlarına xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin Ermənistandakı Səfirliyi əməkdaşlarına və onların ailə üzvlərinə xəbərdarlıq edib.

NOCOMMENT.az yeniavaz.com-a istinadla xəbər verir ki, xəbərdarlıq diplomatik korpusun əməkdaşları və onların ailə üzvlərinə Basarkeçər, Gorus, Qafan və Arazdəyənə səfər etməməklə bağlıdır.

“ABŞ vətəndaşları Ermənistan və Azərbaycan arasındakı bütün beynəlxalq sərhədlərin yaxınlığında ehtiyatlı davranmağa davam etməlidirlər, çünki yolun bəzi hissələri xüsusi xəbərdarlıq nişanı olmadan beynəlxalq sərhədləri keçə bilər və yollar əvvəlcədən xəbərdarlıq edilmədən keçid məntəqələri tərəfindən idarə oluna və ya səyahətçilər üçün bağlı ola bilər”, – məlumatda deyilir.